...

ABŞ hökuməti Harvard universitetini maliyyələşdirməkdən imtina etdi

Dünya xəbərləri Materials 6 May 2025 12:12 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin təhsil naziri Linda Makmehon Harvard universitetinə bildiriş xarakterli məktub göndərib. Həmin məktubda universitetin daha federal büdcədən maliyyələşməyəcəyi barədə xəbərdar edilir.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

“Harvard daha dövlət tərəfindən maliyyələşən qurum olmayacaq və bunun əvəzinə kütləvi ianələr və çoxsaylı zəngin məzunların bazasından yığılan pullara əsaslanan xüsusi vəsaitlər hesabına fəaliyyətini davam etdirəcək. Sizin başlanğıc üçün artıq təxminən 53 milyard dollarınız var”, - təhsil nazirinin məktubunda deyilir.

O, həmçinin universiteti federal qanunların sistematik şəkildə pozulmasında və 2023-cü ildə Ali Məhkəmənin qəbul etdiyi, təhsil müəssisəsinin qəbul zamanı irqi ayrı-seçkiliyə əsaslanan hərəkətlərdən istifadəsini ləğv edən qərarına məhəl qoymamaqda ittiham edib.

Onun sözlərinə görə, Harvard hüquqi və etik öhdəliklərini – şəffaflığın təmin olunmasını yerinə yetirmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti