Bakı. Trend:
Mayın 7-də etibarən Vatikanda növbəti Roma papasının seçilməsi üçün konklav adlanan gizli səsvermə start götürür.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, səsvermə mətbuat və ümumiyyətlə ictimaiyyət üçün qapalı keçirildiyindən proses başlamazdan konklavın keçiriləcəyi məkanda və onun çevrəsində mobil rabitə tam kəsiləcək.
“Kardinalların papa konklavına başlamaları üçün Sikstin kapellasına yollanmalarından yarım saat əvvəl telefon rabitəsi dayandırlacaq”, - məlumatda qeyd olunur.
Qeyd edək ki, konklav — Roma Katolik kilsəsində yeni papa seçmək üçün kardinaların gizli toplantısıdır. Papa vəfat etdikdə və ya istefa verdikdə, Vatikanın Sistina kapellasında keçirilir. 80 yaşdan aşağı kardinalar içəri kilidlənir və gündə dörd dəfə gizli səsvermə keçirilir.