Bakı. Trend:
Fransa Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırıb.
Trend-in məlumatına görə, bu barədə məhkəmənin bəyanatında bildirilib.
Məlumata əsasən, iddianın qaldırılması İranda həbsdə olan iki Fransa vətəndaşının hüquqlarının pozulması ilə bağlıdır.
Qeyd olunub ki, Parisə görə, söhbət Fransa vətəndaşlarının hüquqlarının "ciddi və sistematik şəkildə pozulması"ndan, o cümlədən iki nəfərin - Jak Paris və Sesil Kolerin İranda həbsi və saxlanması kontekstində gedir.
Fransa tərəfi bu əsasda Tehranı 1963-cü il Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyasının müddəalarını pozmaqda ittiham edib.