Bakı. Trend:
Rusiya ərazisində "Telegram"ın işində fasilələr qeydə alınıb və bir saat ərzində 1287 istifadəçi nasazlıqlar barədə məlumat verib.
Trend-in məlumatına görə, bu barədə "Downdetector" portalı xəbər verib.
Məlumata əsasən, son 24 saat ərzində 3132 nəfər fasilələrlə bağlı şikayət edib.
Bildirilib ki, istifadəçilərin 45 faizi bildirişlərdəki nasazlıqları, 32 faizi mobil proqramdakı nasazlıqlardan, 12 faizi vebsaytdakı nasazlıqlardan, 7 faizi ümumi nasazlıqdan şikayətlənib.