...

Ermənistanda prezident iqamətgahı yaxınlığında yük avtomobili partlayıb

Dünya xəbərləri Materials 19 May 2025 17:31 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın paytaxtı İrəvanda prezident iqamətgahının yerləşdiyi Silva Kapitukyan küçəsində, Dövlət Nəzarət Xidmətinin binası yaxınlığında (prezident iqamətgahının arxasında) ağır yol qəzası olub.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi xəbərə görə, qəza zamanı yük maşını aşaraq partlayıb.

İlkin məlumata görə, qəzada dörd nəqliyyat vasitəsi – bir betonqarışdıran maşın və 3 minik avtomobili toqquşub.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım dəstələri göndərilib.

Zərərçəkənlərin sayı barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti