Bakı. Trend:
Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatının 13 rayonunda leysan yağış, şiddətli külək və ildırımvurma nəticəsində azı 45 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, leysanlar bölgənin aqrar yaşayış məntəqələrinə və ümumilikdə kənd təsərrüfatı infrastrukturuna ağır zərbə vurub.
Yerli meteoroloqlar ölkənin şimal bölgəsində güclü yağıntının həftə sonuna qədər davam edəcəyini proqnozlaşdırırlar.