...

İranda enerji çatışmazlığı ilə vilayətlərdə fəaliyyət dayandırılacaq

Dünya xəbərləri Materials 5 Avqust 2025 10:27 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 6-da elektrik enerjisi çatışmazlığı və enerji istehlakını azaltmaq məqsədilə İranın 31 vilayətindən 17-də dövlət idarələri, ictimai qurumlar və təhsil müəssisələrinin fəaliyyəti dayandırılacaq.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Bəzi vilayətlərdə idarələrin fəaliyyətinin onlayn şəkildə həyata keçirilməsinə qərar verilib.

Elektrik enerjisi istehlakını azaltmaq məqsədilə bəzi vilayətlərdə iki gün (5-6 avqust) ardıcıl olaraq idarələr fəaliyyət göstərməyəcək.

Bu qərarın bu həftə İranda güclü isti hava şəraitinin davam etməsi, soyuducu vasitələrdən kütləvi şəkildə istifadə olunmasına görə verildiyi qeyd olunur.

Qeyd edək ki, 3 avqustda İranda elektrik enerjisi istehlakı 77 min meqavatt saatı keçib. Halbuki 2 avqustda elektrik istehlakı 69,7 min meqavat təşkil edib.

Xəbər lenti

Xəbər lenti