...

İraqda iranlıların avtobusu aşıb: ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 13 Avqust 2025 10:25 (UTC +04:00)
İraqda iranlıların avtobusu aşıb: ölənlər və yaralananlar var
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İraqda Bəsrə-Şələmçə magistral yolunda iranlı zəvvarları aparan avtobus yol kənarı maneəyə toxunaraq aşıb.

Trend-in məlumatına görə, bunu Xuzistan vilayəti Abadan Tibb Elmləri Universitetinin Təcili Yardım İdarəsinin rəhbəri Yasin Əfra yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, qəza nəticəsində 4 nəfər ölüb, 57 nəfər xəsarət alıb.

İranlı rəsmi qeyd edib ki, yaralıların gətirilməsi məqsədilə Abadan rayonundan 3 təcili yardım avtobusu və 8 təcili yardım maşını ezam olunub və yaralılar gətirilərək 3 xəstəxanada yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti