Bakı. Trend:
Ayda atmosfer olmadığından - hava və külək də yoxdu. Lakin onun səthi Yer üzündəki istənilən qasırğadan qat-qat daha təhlükəli təsirlərə məruz qalır. Söhbət mikrometeoroidlərin - saniyədə 70 kilometrə qədər sürətlə hərəkət edən xırda daş və metal hissəciklərinin sonsuz “yağışından” gedir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yer kürəsində bu hissəciklər atmosferdə yanır, amma Ayda onların hər biri səthə çatır. Daniyel Yagalomi rəhbərliyində aparılan yeni tədqiqatda NASA-nın “Artemis” proqramı çərçivəsində gələcək ay bazası üçün bu təhlükənin miqyası ilk dəfə kəmiyyət baxımından qiymətləndirilib.
“Meteoroid Engineering Model”dən istifadə edən alimlər ölçüsü Beynəlxalq Kosmik Stansiyaya bərabər olan hipotetik ay moduluna neçə toqquşmanın düşəcəyini hesablayıblar. Nəticələr kifayət qədər sarsıdıcı olub: ildə 15 000-dən 23 000-ə qədər zərbə, hissəciklərin kütləsi isə milyonluq qram payından 10 qramadək dəyişir.
Bu, sadəcə yüngül toxunuşlar deyil. Müəlliflərin sözlərinə görə, hətta 1 mikroqramlıq hissəcik belə metala dəyəndə onu deşərək mikro-krater yarada və avadanlığa zərər verə bilər.
