Bakı. Trend:
Argentinanın paytaxtının mərkəzində minlərlə insan əmək qanunvericiliyində planlaşdırılan islahatlara etiraz etmək üçün prezident sarayının qarşısında toplaşıb.
Trend xəbər verir ki, aksiya ölkənin ən böyük həmkarlar ittifaqlarını birləşdirən Ümumi Əmək Konfederasiyası tərəfindən təşkil olunub. İşçi birlikləri sarayın qarşısındakı meydana sütunlar şəklində toplaşıb və burada ÜƏK rəhbərliyinin çıxışları üçün səhnə qurulub.
Etirazçıların daşıdığı bannerlərdə hökumətin siyasəti və qarşıdan gələn islahatlar tənqid olunur. Plakatlarda “Ölkəni idarə etmək iş yerləri yaratmaq deməkdir, qalan hər şey nağıldır”, “İşçiləri hüquqsuz və kölə edən islahatlara yox” və “İş yerləri olmadan yalnız aclıq olacaq” kimi şüarlar yer alıb. Nümayiş indiyədək dinc şəraitdə davam edir.
Hakimiyyət orqanları yolların bağlanmayacağını bildirsə də, etirazçı sütunları əsas küçələr boyunca sakit şəkildə hərəkət edir.
Qeyd edək ki, ötən həftə Argentina prezidenti Xavyer Miley Konqresə əmək islahatı ilə bağlı qanun layihəsi təqdim edib. Sənəd işəgötürənlər üçün daha çox çeviklik nəzərdə tutur, əmək mübahisələri üzrə məhkəmə iddialarının əsaslarını daraldır və tətil hüququna müəyyən məhdudiyyətlər gətirir.
