Bakı. Trend:
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”, ICESCO və “Coca-Cola Azərbaycan” şirkətinin tərəfdaşlığı ilə “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “Birlikdə 5 il” Könüllülər Festivalı təşkil olunub.
Trend xəbər verir ki, festivalda 3 minə yaxın Azərbaycan könüllüsü iştirak edib.
Tədbirin açılış mərasimində Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev ölkədə könüllülük hərəkatının inkişafından, gənclərin ictimai fəallığının artırılmasında könüllülərin rolundan danışıb. O, dövlət qurumları və tərəfdaş təşkilatların dəstəyi ilə həyata keçirilən layihələrin könüllülük mədəniyyətinin formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb.
Tədbir çərçivəsində il ərzində fərqlənən fəal könüllülər təltif olunublar. Onlara fəxri diplomlar və xatirə hədiyyələri təqdim edilib.
Sonra könüllülər üçün musiqi proqramları, interaktiv fəaliyyətlər təşkil olunub.
