...

ABŞ-yə giriş məhdudiyyətləri Seneqal və Fil Dişi Sahili azarkeşləri üçün DÇ-2026 səfərlərini çətinləşdirə bilər

Dünya xəbərləri Materials 19 Dekabr 2025 00:40 (UTC +04:00)
ABŞ-yə giriş məhdudiyyətləri Seneqal və Fil Dişi Sahili azarkeşləri üçün DÇ-2026 səfərlərini çətinləşdirə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Seneqal və Fil Dişi Sahili milli komandalarının azarkeşləri 2026-cı ildə ABŞ-də keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına səfər planlaşdırarkən ciddi çətinliklərlə üzləşə bilərlər.

Trend xəbər verir ki, buna ABŞ prezidenti Donald Trampın ölkəyə girişlə bağlı imzaladığı yeni məhdudiyyətlər səbəb olub.

Qərara əsasən, bir sıra ölkələrin, o cümlədən Seneqal və Fil Dişi Sahili vətəndaşlarının ABŞ-yə həm immiqrasiya, həm də qeyri-immiqrasiya vizaları ilə, turist və biznes vizaları daxil olmaqla, müvəqqəti girişinə qadağa qoyulub. Məhz bu viza kateqoriyalarından futbol azarkeşləri adətən beynəlxalq turnirləri izləmək üçün istifadə edirlər.

Sənəddə istisnalar yalnız futbolçular, məşqçilər və onların ən yaxın qohumları üçün nəzərdə tutulub. Azarkeşlər isə bu imtiyazlardan yararlana bilmirlər. Qeyd olunur ki, daha əvvəl oxşar məhdudiyyətlər İran və Haiti vətəndaşlarına da tətbiq edilib.

Bununla belə, hər iki Afrika millisinin bəzi oyunları Kanadada keçiriləcək. Bu isə azarkeşlərə komandalarını ABŞ-dən kənarda canlı izləmək imkanı yaradır. Hazırda futbol federasiyalarının nümayəndələri, FİFA və DÇ-2026-nın təşkilatçıları məsələ ilə bağlı rəsmi açıqlamaları gözləyirlər.

Xəbər lenti

Xəbər lenti