...

Aİ Mercosur ilə azad ticarət sazişinin imzalanmasını yanvaradək təxirə salıb

Dünya xəbərləri Materials 19 Dekabr 2025 02:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqına üzv 27 ölkənin liderlərinə Mercosur ölkələri ilə azad ticarət sazişinin imzalanmasının yanvar ayına qədər təxirə salındığını bildirib.

Trend xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən məlumat yayılıb. Qərar Brüsseldə keçirilən Avropa sammiti fonunda qəbul olunub. Həmin gün Brüsseldə bir neçə Avropa ölkəsindən olan fermerlər sazişə etiraz olaraq gün ərzində Avropa Komissiyasının binaları qarşısında aksiya keçiriblər. Fermerlər hesab edirlər ki, müqavilənin şərtləri onları Cənubi Amerika ölkələrindən idxal olunan məhsullarla rəqabət qarşısında kifayət qədər qorumur.

Razılaşmanın təxirə salınmasına Braziliya Prezidenti Lula da Silva da dolayı yolla dəstək verib. O, İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığından sonra bir qədər səbirli olmağın vacibliyini qeyd edib. Meloni isə İtaliyanın yekunda sazişi dəstəkləyəcəyinə dair vəd verib.

Bu gecikmə sazişin yaxın günlərdə imzalanmasını istəyən Avropa Komissiyası, Almaniya və İspaniya üçün uğursuzluq kimi qiymətləndirilir. Ursula fon der Lyayen razılaşmanı Braziliyanın Fos-du-İquasu şəhərində keçiriləcək Mercosur sammiti zamanı imzalamağı planlaşdırsa da, Fransa və İtaliyanın etirazı səbəbindən Brüsseldə zəruri çoxluğu təmin edə bilməyib.

Xəbər lenti

Xəbər lenti