...

BMT ABŞ-Venesuela gərginliyinin azaldılması üçün vasitəçiliyə hazırdır

Dünya xəbərləri Materials 24 Dekabr 2025 03:55 (UTC +04:00)
BMT ABŞ-Venesuela gərginliyinin azaldılması üçün vasitəçiliyə hazırdır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş ABŞ ilə Venesuela arasında mövcud gərginliyin azaldılması məqsədilə, şəxsi vasitəçilik də daxil olmaqla, istənilən diplomatik səyləri dəstəkləməyə hazırdır.

Trend-in məlumatına görə, bunu BMT-də Baş katibin siyasi və sülh quruculuğu məsələləri üzrə köməkçisi Xalid Xiari BMT Təhlükəsizlik Şurasının Venesuela üzrə iclasında bildirib.

Onun sözlərinə görə, hər iki tərəfin xahişi olarsa, Baş katib vasitəçilik xidmətləri də daxil olmaqla diplomatik əlaqələr üzrə bütün təşəbbüslərə dəstək verməyə hazırdır və BMT üzv dövlətlərinin dinc həll istiqamətində atdığı addımları alqışlayır.

Xiari vurğulayıb ki, dialoq uzunmüddətli sülhə aparan yeganə mümkün yoldur.

Xəbər lenti

Xəbər lenti