...

Nvidia H200 süni intellekt çiplərinin Çinə tədarükünə başlamağı planlaşdırır

Dünya xəbərləri Materials 24 Dekabr 2025 06:45 (UTC +04:00)
Nvidia H200 süni intellekt çiplərinin Çinə tədarükünə başlamağı planlaşdırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın Nvidia şirkəti Çinli müştərilərini H200 süni intellekt çiplərinin 2026-cı ilin fevral ayının ortalarına qədər Çinə göndərilməsinə başlamaq niyyəti barədə məlumatlandırıb.

Trend xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti yazır.

Məlumata görə, çip istehsalçısı ilkin sifarişləri mövcud inventar hesabına yerinə yetirməyi planlaşdırır. Mənbələr ümumi tədarük həcminin 5 000–10 000 modul arasında olacağını, bunun isə təxminən 40 000–80 000 H200 süni intellekt çipinə bərabər olduğunu bildirirlər.

Şirkət eyni zamanda Çinli müştərilərini bu çiplər üçün istehsal gücünü artırmaq planları barədə də məlumatlandırıb. Yeni istehsal gücləri üzrə sifarişlərin 2026-cı ilin ikinci rübündə açılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti