...

ABŞ "C-130J Super Hercules" təyyarələri üçün müqavilənin dəyərini 25 milyard dollara çatdırıb

Dünya xəbərləri Materials 24 Dekabr 2025 08:04 (UTC +04:00)
ABŞ "C-130J Super Hercules" təyyarələri üçün müqavilənin dəyərini 25 milyard dollara çatdırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələri "Lockheed Martin" korporasiyası ilə "C-130J Super Hercules" hərbi nəqliyyat təyyarələrinin istehsalına dair müqavilənin dəyərini 10 milyard dollar artıraraq 25 milyard dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada qeyd olunur ki, müqavilənin ümumi nominal dəyəri dəyişiklikdən sonra 15 milyard dollardan 25 milyard dollara yüksəlib. Müqavilənin 16 iyul 2035-ci ilədək tamamlanması nəzərdə tutulur, lakin bu müddət ərzində istehsal olunacaq təyyarələrin dəqiq sayı açıqlanmayıb. ABŞ tərəfi istehsal ediləcək təyyarələrin bir hissəsini Avstraliya, Almaniya, Misir, Yeni Zelandiya, Norveç, Filippin və Fransaya satmağı planlaşdırır.

Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələri "Boeing" şirkəti ilə B-52 Stratofortress strateji bombardmançı təyyarələri üçün mühərriklərin dəyişdirilməsi xidmətlərinə dair 2 milyard dollarlıq müqavilə də imzalayıb. Həmin müqavilənin 31 may 2033-cü ilədək icra olunacağı bildirilir.

Xəbər lenti

Xəbər lenti