...

Yaponiyada 2025-ci ildə doğum sayı tarixi minimuma enəcək

Dünya xəbərləri Materials 24 Dekabr 2025 08:30 (UTC +04:00)
Yaponiyada 2025-ci ildə doğum sayı tarixi minimuma enəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Yaponiyada doğulan uşaqların sayında antirekord qeydə alınacaq və bu göstərici müvafiq statistikanın aparıldığı 1899-cu ildən bəri ən aşağı səviyyə olacaq.

Trend xəbər verir ki, bu barədə “Asahi” qəzeti statistik məlumatlara əsaslanan öz hesablamalarına istinadən məlumat yayıb.

Nəşrin proqnozuna görə, 2025-ci ildə ölkədə 667 500 uşaq dünyaya gələcək. Müqayisə üçün qeyd olunur ki, 2024-cü ildə bu göstərici 686 100 olub. Statistikaya yalnız Yaponiyada yaşayan yapon vətəndaşları daxil edilib. 2025-ci il üzrə rəsmi məlumatların iyun ayında, ölkədə yaşayan əcnəbilərlə bağlı statistikanın isə fevral ayında açıqlanacağı gözlənilir.

Bildirilir ki, demoqrafik vəziyyət Milli Əhali və Sosial Təminat Tədqiqatları İnstitutunun əvvəlki proqnozları ilə müqayisədə xeyli pis inkişaf edir. Belə ki, 2023-cü ildə institutun 2025-ci il üçün orta proqnozu 749 min doğum idi. “Asahi”nin hesablamaları isə 681 min doğumu nəzərdə tutan ən pis ssenaridən də aşağıdır.

Qeyd edək ki, Yaponiyada doğum sayı artıq doqquzuncu ildir ardıcıl olaraq azalır və bu proses ölkədə əhalinin sürətli qocalması ilə müşayiət olunur.

Xəbər lenti

Xəbər lenti