...

Qızıl fyuçersləri rekord qiymətə çatıb

Dünya xəbərləri Materials 24 Dekabr 2025 08:44 (UTC +04:00)
Qızıl fyuçersləri rekord qiymətə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nyu-York Ticarət Birjasının bir bölməsi olan Comex birjasında 2025-ci ilin fevral ayı üçün qızıl fyuçerslərinin qiyməti troya unsiyası üçün 4 550 dollardan yuxarı qalxaraq yeni rekord səviyyəyə çatıb.

Trend xəbər verir ki, Bakı vaxtı ilə saat 05:23-ə olan məlumata görə, qiymət 1,88% artaraq 4 553,4 dollar təşkil edib. Saat 06:15-ə olan məlumata görə, qızılın qiyməti yavaşlayaraq 1,58% artımla troya unsiyası üçün 4 540 dollar olub.

Eyni zamanda, Comex birjasında 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş fyuçerslərinin qiyməti troya unsiyası üçün 72,325 dollara (5,48% artım) yüksəlib.

Xəbər lenti

Xəbər lenti