Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Cənubi Koreyalı həmkarı Li Çje Myona Ağ Evin rəmzi qızıl açarını hədiyyə edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının prezident administrasiyasının katibliyi məlumat yayıb.
“Amerika lideri bildirib ki, oktyabr ayında Koreya Respublikasına səfəri zamanı dəyərli hədiyyə əldə edib və onun əvəzinə hədiyyə vermək istərdi. Ağ Evin hazırlanmış beş qızıl açarından sonuncusu məhz bizim prezidentə nəsib olub”,- bəyanatda qeyd olunur.
Xatırladaq ki, oktyabrın sonunda Gyoncu şəhərində keçirilən sammit zamanı Li Çje Myon Donald Trampa qədim Koreya tacının qızılı örtüklü nüsxəsini hədiyyə edib, həmçinin ölkənin ali dövlət mükafatı olan “Mugunhva” ordenini təqdim etmişdi.
