...

Ukraynanın ən iri neft hasilatçısı fəaliyyətini naməlum müddətə dayandırıb

Dünya xəbərləri Materials 24 Dekabr 2025 17:05 (UTC +04:00)
Ukraynanın ən iri neft hasilatçısı fəaliyyətini naməlum müddətə dayandırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın ən böyük neft hasilatı şirkəti olan “Ukrnafta”nın infrastrukturu bir gün əvvəl baş verən partlayışlar nəticəsində ciddi zərər görüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Naftoqaz Ukrayna” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ciddi zədələnmələr səbəbindən “Ukrnafta”nın avadanlıqlarının işi dayandırılıb. Hansı konkret obyektlərin və ya qurğuların zərər gördüyü dəqiqləşdirilmir, baş verənlərlə bağlı əlavə təfərrüatlar açıqlanmır.

Bundan əvvəl şirkət istehsalat obyektlərində yaranmış zədələrin aradan qaldırılması üçün ərazidə təmir briqadalarının çalışdığını bildirmişdi.

“Ukrnafta” Ukraynanın ən böyük neft hasilatı şirkətidir. Şirkətin strukturuna altı neft-qaz hasilatı idarəsi, üç qaz emalı zavodu, həmçinin neft sənayesi üzrə xidmət idarəsi daxildir

Dekabrın 23-nə keçən gecə Ukraynanın şərqində yerləşən Xarkov şəhərində partlayış baş verib. Həmin vaxt Xarkov, Odessa, Nikolayev, Dnepropetrovsk, Poltava, Sumı və Çerniqov vilayətlərində, eləcə də Kiyev vilayətinin bir hissəsində hava həyəcanı elan olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti