Bakı. Trend:
Ermənistanın Nazirlər Kabineti bu gün keçirilən iclasda Ermənistanın Torpaq Məcəlləsinə edilən düzəlişi təsdiqləyib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Belə ki, həmin düzəlişdə Apostol kilsəsinin torpaq sahələrini təmənnasız şəkildə öz mülkiyyətinə keçirmək hüququndan məhrum edilməsi nəzərdə tutulub.
Ermənistanınə ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan iclasda dövlət və icmaların mülkiyyətində olan torpaq sahələrinin kilsəyə (kilsələrin və digər tikililərin inşası, həmçinin onların xidmət göstərilməsi məqsədilə) pulsuz verilməsini nəzərdə tutan maddənin qüvvədən düşmüş hesab edilməsinin təklif olunduğunu bildirib.
Torpaq Məcəlləsində dövlət və icmaların mülkiyyətində olan torpaqların kilsənin pulsuz istifadəsinə verilməsini tənzimləyən maddə saxlanılacaq.
Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan kilsənin maliyyə şəffaflığının artırılmasının zəruriliyini bir neçə dəfə vurğulayıb.
