...

İsveçdə avtobus binaya çırpılıb, 13 nəfər yaralanıb

Dünya xəbərləri Materials 31 Dekabr 2025 01:41 (UTC +04:00)

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmun cənubundakı Lilyeholmen rayonunda ictimai avtobusun binaya çırpılması nəticəsində 13 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə "SVT" telelviziya kanalı xəbər verib.

Məlumata əsasən, qəza zamanı avtobusda 17 sərnişin olub. Bir neçə nəfər xəstəxanaya aparılıb, onlardan biri ağır yaralanıb və təcili yardım təyyarəsi ilə ora aparılıb. Avtobus sürücüsü də xəsarət alıb.

Hadisə yerində yolları buz bağlamışdı. Orada bir neçə polis bölməsi və xilasetmə xidmətləri fəliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti