Bakı. Trend:
ABŞ sahil mühafizə xidməti Latın Amerikası sahillərində Rusiyaya məxsus “Marinera” neft tankerinin saxlanılması üzrə əməliyyat keçirir.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, əməliyyata başlamazdan əvvəl sözügedən tanker Atlantik okeanda iki həftə ərzində izlənilib.
Son saatlar ərzində bu gəminin saxlanılması ilə bağlı sayca ikinci cəhddir və əməliyyata ABŞ silhalı qüvvələrinin də cəlb olunduğu bildirilir.
