...

“Inqrid” fırtınası İspaniyanın əyalətində həyatı iflic etdi

Dünya xəbərləri Materials 24 Yanvar 2026 12:47 (UTC +04:00)
“Inqrid” fırtınası İspaniyanın əyalətində həyatı iflic etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyaya şimal-qərbdən daxil olan “İnqrid” adlı güclü fırtına başda Qalisiya olmaqla bir çox bölgədə həyatı iflic edib. Güclü qar, fırtına və şiddətli küləklər səbəbindən nəqliyyat sistemində ciddi fasilələr yaranıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Rəsmi qurumların məlumatına görə, Qalisiya ilə Kastiliya və Leon bölgələrində, o cümlədən 17 avtomagistral daxil olmaqla ümumilikdə 81 yol müvəqqəti olaraq nəqliyyat üçün bağlanıb. Əlverişsiz hava səbəbindən təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb.

Fırtınanın ən güclü hiss olunduğu Qalisiya bölgəsində küləyin sürətinin saatda 160 kilometri aşması səbəbindən muxtar hökumət həftəsonu üçün “qırmızı həyəcan” rejimi elan edib. Bölgədə bütün idman və mədəni tədbirlər ləğv olunub.

Fövqəladə yardım xidmətləri əlverişsiz hava şəraiti ilə əlaqədar gün ərzində 427 fərqli nöqtəyə müdaxilə edildiyini açıqlayıb. Aşmış ağaclar, zədələnmiş tikililər və nəqliyyatda yaranan problemlər fövqəladə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirib.

Qeyri-sabit hava səbəbindən İspaniyanın bir çox bölgəsində qatar reysləri müvəqqəti olaraq dayandırılıb. Rəsmilər vətəndaşlara zərurət olmadıqca səyahət etməmələri barədə çağırış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti