Bakı. Trend:
Çin bazar günü Filippin nümayəndələrinə Huanqyan adası yaxınlığında çevrilən gəmidən xilas edilən 15 dənizçini, həmçinin həlak olan iki nəfərin cəsədini təhvil verib.
Trend-in xəbərinə görə, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata əsasən, ekipajın dörd üzvü hələ də itkin düşmüş hesab olunur.
Xatırladaq ki, yanvarın 23-də Sinqapurda qeydiyyatdan keçmiş və Filippindən Çinə yola düşən quru yük gəmisi Cənubi Çin dənizində çevrilib. Gəminin göyərtəsində ümumilikdə 21 nəfər olub.
