...

ABŞ-də təyyarə qəzası oldu

Dünya xəbərləri Materials 26 Yanvar 2026 10:46 (UTC +04:00)
ABŞ-də təyyarə qəzası oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Meyn ştatının Banqor beynəlxalq hava limanında kiçiktutumlu sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İlkin məlumata görə, qəza təyyarənin hava qalxdığı əsnada baş verib.

Federal Aviasiya Administrasiyasının məlumatına əsasən, təyyarənin göyərtəsində 8 nəfər olub. Onların aqibəti barədə hələ ki, məlumat yoxdur.

Qəzaya uğrayan təyyarənin 11 sərnişin tutumlu "Bombardier Challenger 600" modelindən olan biznes təyyarəsi olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti