...

Avropa İttifaqı Qrenlandiyaya dəstək üçün investisiya paketi hazırlayır

Dünya xəbərləri Materials 26 Yanvar 2026 11:43 (UTC +04:00)
Avropa İttifaqı Qrenlandiyaya dəstək üçün investisiya paketi hazırlayır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı yaxın vaxtlarda Qrenlandiyanın dəstəklənməsi və inkişafına yönəlmiş investisiya planını təqdim edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının beynəlxalq tərəfdaşlıq üzrə komissarı Yozef Sikelanın ofisi məlumat yayıb.

“Biz Qrenlandiyada gündəlik həyatı yaxşılaşdıracaq və qrenlandiyalıların öz gələcəkləri barədə müstəqil qərar vermək hüququna sarsılmaz dəstəyimizi gücləndirəcək əhəmiyyətli investisiya paketi hazırlayırıq”, – deyə Sikela bildirib.

Məlumata görə, investisiyalar bərpa olunan enerji mənbələrinin inkişafına, rabitə infrastrukturunun təmin edilməsinə, həmçinin Aİ-nin müdafiə sənayesi və elektromobil istehsalının təminatına yönəlmiş layihəsinə istiqamətləndiriləcək.

İttifaq adaya yatırılan investisiyaları demək olar ki, iki dəfə artıraraq 500 milyon avroya çatdırmağı, eləcə də mövcud layihələri dəstəkləməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti