...

İsrail Qəzzadan sonuncu girovun cəsədini geri qaytarıb

Dünya xəbərləri Materials 26 Yanvar 2026 22:28 (UTC +04:00)

Bakı. Trend:

İsrail hərbçiləri Qəzza zolağından girov götürülmüş sonuncu israilli girovun qalıqlarını geri qaytarıblar.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, şəxsiyyət müəyyənləşdirilməsi prosedurundan sonra bunların baş çavuş Rana Qvilinin qalıqları olduğu təsdiqləndi.

"Beləliklə, bütün girovlar Qəzza zolağından İsrail Dövlətinə qaytarıldı", - deyə ordu bildirib.

Xəbər lenti

Xəbər lenti