...

Türkiyə Prezidenti Ərdoğan Donald Trampla telefon danışığı aparıb

Dünya xəbərləri Materials 28 Yanvar 2026 00:38 (UTC +04:00)
Türkiyə Prezidenti Ərdoğan Donald Trampla telefon danışığı aparıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, tərəflər Suriyadakı son vəziyyət, Qəzza üzrə Sülh Şurası ilə bağlı proses və müdafiə sənayesi daxil olmaqla, regional və qlobal məsələləri müzakirə ediblər.

Məlumatda qeyd olunur ki, Ərdoğan Türkiyə ilə ABŞ arasındakı əməkdaşlığı inkişaf etdirmək üçün addımların davam etdiriləcəyini vurğulayıb və bütün sahələrdə münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasının hər iki ölkənin ortaq mənafeyinə uyğun olduğunu bildirib.

Türkiyə lideri həmçinin Suriyada atəşkəs və inteqrasiya anlaşmasının tam şəkildə yerinə yetirilməsinə böyük önəm verdiyini qarşı tərəfin diqqətinə çatdırıb, prosesi həm ABŞ, həm də Suriya rəsmiləri ilə yaxından izlədiklərini qeyd edib.

Prezident Ərdoğan Qəzza üzrə Sülh Şurasının Qəzzadakı humanitar böhranı sona çatdıracağı və Qəzzanın bərpası ilə bölgədə davamlı sülhün bərqərar olacağına inandığını bildirib.

Xəbər lenti

Xəbər lenti