Bakı. Trend:
Nyu-York Ticarət Birjasının bir bölməsi olan Comex birjasında 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 19 yanvardan bəri ilk dəfə troya unsiyası üçün 4700 dollardan aşağı enib.
Trend xəbər verir ki, bu barədə ticarət platformasının məlumatlarında qeyd olunub.
Bakı vaxtı ilə saat 05:10-a olan məlumata görə, qızılın qiyməti 4666,5 dollar təşkil edib ki, bu da 4,91 faiz eniş deməkdir.
Saat 05:15-ə qədər qiymətlərdəki azalma sürətlənib və qızılın bir troya unsiyasının dəyəri 4644,8 dollara (-5,35%) düşüb. Bu, 19 yanvardan bəri qızılın qiymətinin ilk dəfə 4650 dollardan aşağı enməsi kimi qeydə alınıb.
