...

Avstraliya “Red Flag Nellis” və “Bamboo Eagle 26-1” təlimlərinə qoşuldu

Dünya xəbərləri Materials 2 Fevral 2026 07:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya “Red Flag Nellis” və “Bamboo Eagle 26-1” hərbi hava təlimlərində iştirak etmək üçün ABŞ-yə altı hərbi təyyarə və 220-dən çox pilot göndərib.

Trend xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, Avstraliya Kral Hərbi Hava Qüvvələri ABŞ və Birləşmiş Krallıqdan olan hərbi pilotların da iştirak edəcəyi hava döyüş təlimləri üçün Nevada ştatındakı Nellis Hərbi Hava Qüvvələri bazasına altı ədəd "F-35A Lightning II" və "E-7A Wedgetail" təyyarəsi, eləcə də 227 pilot göndərib.

Avstraliya kontingentinin komandiri Metyu Deveson qeyd edib ki, tərkibinə yalnız təyyarə heyətləri deyil, həm də taktiki komandanlıq və idarəetmə qrupunu daxil edən kontingent manevrlər zamanı Avstraliya, ABŞ və Böyük Britaniya hərbçiləri ilə birgə “inteqrasiya bacarıqlarını tətbiq etməyi və əsas müttəfiqlər və tərəfdaşlarla qarşılıqlı əlaqə imkanlarını gücləndirməyi” planlaşdırır.

Qeyd edək ki, “Red Flag Nellis” və “Bamboo Eagle” təlimləri yüksək texnologiyalı münaqişələrə hazırlıq məqsədi daşıyan və ABŞ ilə müttəfiqlərinin iştirakı ilə keçirilən ən iri hava qüvvələri manevrləri hesab olunur.

Xəbər lenti

Xəbər lenti