Bakı. Trend:
Kosta Rikada 2026–2030-cu illəri əhatə edəcək dövr üçün prezident, iki vitse-prezident və parlamentin tərkibinin seçildiyi ümumi seçkilərdə səsvermə yekunlaşıb.
Trend xəbər verir ki, bu barədə Respublika Ali Seçki Tribunalı X hesabında məlumat paylaşıb.
Məlumata görə, seçki məntəqələri fevralın 1-də yerli vaxtla saat 18:00-da bağlanıb və bundan sonra səslərin sayılmasına başlanılıb. İlkin nəticələrin bir neçə saat ərzində açıqlanacağı gözlənilir.
Ölkənin ən yüksək dövlət vəzifəsi uğrunda 20 namizəd mübarizə aparır. Birinci turda qalib gəlmək üçün namizədlər səslərin 40 faizindən çoxunu toplamalıdırlar. Əgər heç bir namizəd bu göstəriciyə çatmasa, aprelin 5-də ikinci tur keçiriləcək və ən çox səs toplayan iki namizəd final mərhələsində yarışacaq.
