Bakı. Trend:
Ötən həftəsonu “Fitia” siklonunun Madaqaskar üzərindən keçməsi nəticəsində azı üç nəfər həlak olub, 28 mindən çox insan zərər çəkib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Madaqaskarın Milli Fəlakət Risklərinin İdarə Olunması Bürosu məlumat yayıb.
Ən çox zərər ölkənin qərb bölgələrində - Analamanqa, Bueni, Vakinankaratara, Melaki və Sufiya ərazilərində qeydə alınıb. İlkin məlumata görə, 15 mindən çox malaqasiyalı evlərini tərk etmək məcburiyyətində qalıb, 800-dən artıq yaşayış evi dağılıb.
Güclü tropik “Fitia” siklonu yanvarın 31-də və fevralın 1-də güclü leysan yağışları ilə müşayiət olunub.
