Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Ceffri Epşteynlə dostluq əlaqələrinin olmadığını bəyan edib.
Trend xəbər verir ki, bunu Tramp öz “Truth” hesabında yazıb.
“Mən Ceffri Epşteynlə dost olmamışam. Bundan əlavə, boş-boş danışmağı sevən bir çox insanlardan fərqli olaraq, mən o iyrənc Epşteyn adasına heç vaxt getməmişəm. Amma bu Korrupsiyalaşmış Demokratların və onların donorlarının demək olar ki, hamısı orada olub”, - Tramp bildirib.