Bakı. Trend:
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında Almaniya hökumətinin “revanşistlər” kimi təqdim olunmasına sərt reaksiya verib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bu, Rusiyanın ucuz, diqqəti yayındırmaq məqsədli bir taktikasıdır”,- deyə XİN rəhbəri bildirib.
O vurğulayıb ki, Almaniyanın öz keçmişinin tənqidi təhlili ilə bağlı heç bir problemi yoxdur.
Xatırladaq ki, bundan əvvəl Rusiya XİN bəyanatında Almaniya hökuməti Moskva ilə ultimatum dilində danışmaqda ittiham olunmuş və ölkə rəhbərliyi "revanşistlər" kimi təqdim edilmişdi.
“Revanşist qüvvələr nəzərə almalıdırlar ki, Ukrayna ərazisində yerləşdiriləcəyi təqdirdə bütün xarici hərbi kontingentlər, o cümlədən Almaniya kontingenti, Rusiya Silahlı Qüvvələri üçün legitim hədəflərə çevriləcəklər”, — deyə Rusiya XİN bildirmişdi.
