Bakı. Trend:
İsrailli hərbçilər Qəzza zolağının atəşkəs xəttinin İsrailə aid sahəsində axtarış əməliyyatı zamanı 100-dən artıq minaatan mərmisindən ibarət gizli anbarı aşkar edərək məhv ediblər.
Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir.
İsrail Müdafiə Qüvvələrinin (IDF) verdiyi məlumata görə, 110 mərmi, bir neçə qumbara və digər hərbi avadanlıqlar BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) torbalarının içində aşkarlanıb.
