Bakı. Trend:
İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarına idmançıları neytral statusda çıxış edən ölkələrin, o cümlədən Rusiyanın müasir və tarixi bayraqlarını, həmçinin həmin ölkələrlə əlaqələndirilə bilən digər əşyaların gətirilməsi qadağan edilib.
Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, qadağa bütün olimpiya obyektlərində tətbiq olunacaq.
Rusiya və Belarus idmançıları Milan və Kortina-d’Ampezzoda keçiriləcək Olimpiya oyunlarında neytral statusda çıxış edəcəklər. Bayraqların gətirilməsinə qoyulan qadağa yarış meydançalarında, media mərkəzində və Olimpiya kəndində qüvvədə olacaq.
Qeyd edək ki, Qış Olimpiya Oyunları 6–22 fevral tarixlərində keçiriləcək. İtaliyada neytral statusa malik 13 rusiyalı atletin çıxış edəcəyi bildirilir.
