Bakı. Trend:
İsveç və Danimarka Kiyev üçün “BAE Systems” şirkətindən 2,7 milyard kron (301 milyon dollardan çox) məbləğində zenit-artilleriya kompleksi sifariş ediblər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pol Yonson danimarkalı həmkarı Troels Lund Poulsen ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Bu (Tridon Mk2 kompleksi) pilotsuz uçuş aparatlarını, qanadlı raketləri və hətta helikopterləri vurmağa qadirdir. Bu, İsveç müdafiə sənayesinə məxsus, olduqca uğurlu və sürətlə inkişaf edən bir sistemdir", – deyə isveçli nazir izah edib.
Qeyd edilir ki, qurğular birbaşa Ukraynaya göndəriləcək, istehsala artıq başlanılıb. Təhvil-təslimin bir ildən sonra keçiriləcəyi gözlənilir.
