...

ABŞ–İran danışıqları 6 fevralda Omanda keçiriləcək

Dünya xəbərləri Materials 5 Fevral 2026 00:59 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və İran arasında danışıqlar əvvəlcədən planlaşdırıldığı kimi, 6 fevral cümə günü Omanda baş tutacaq.

Trend “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Amerika rəsmisi məlumat yayıb.

Rəsmi, ABŞ–İran danışıqlarının məhz cümə günü Omanda keçiriləcəyini təsdiqləyib.

Məlumata görə, doqquz Yaxın Şərq ölkəsinin nümayəndələri ABŞ Prezidenti Donald Trampı İran tərəfi ilə məsləhətləşmələrdən imtina etməməyə razı sala biliblər.

Xəbər lenti

Xəbər lenti