Bakı. Trend:
Hindistanın Sahil Mühafizə Xidməti qanunsuz neft qaçaqmalçılığı şübhəsi ilə 3 tankeri saxlayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə xidmət rəsmisi “X” səhifəsində məlumat yayılıb.
“Fevralın 6-da Hindistanın Sahil Mühafizə Xidməti öncədən hərtərəfli planlaşdırılmış dəniz və hava əməliyyatının gedişində beynəlxalq neft qaçaqmalçıları şəbəkəsinin fəaliyyətinin qarşısını alıb”,- məlumatda qeyd olunur.
Məlumata görə, gəmilər Mumbay şəhərində 100 dəniz mili qərbdə saxlanılıb.
Gəmilərdə aparılan axtarış, elektron cihazlardakı məlumatlar və heyət üzvlərinin dindirilməsi təşkilatçıların qlobal şəbəkəsinin qanunsuz sxemini ifşa etməyə kömək edib.
