...

Portuqaliyada 50 mindən çox ev işıqsız qalıb

Dünya xəbərləri Materials 9 Fevral 2026 16:14 (UTC +04:00)
Portuqaliyada 50 mindən çox ev işıqsız qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Portuqaliyada əlverişsiz hava nəticəsində paylayıcı şəbəkəyə dəyən ziyan səbəbindən azı 56 min nəfər hələ də elektrik enerjisi təchizatından məhrumdur.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xüsusilə, “Kristin” siklonunun təsir zonasında 48 min istehlakçı işıqsız qalıb.

Məlumata görə, ötən gecə Portuqaliyanın mülki müdafiə xidməti əlverişsiz hava ilə bağlı ciddi insidentlər qeydə almayıb.

Bazar günü vəziyyətin müəyyən qədər yaxşılaşmasına baxmayaraq, Portuqaliya Dəniz və Atmosfer İnstitutu (IPMA) yenidən güclü və uzunmüddətli yağışların gözlənildiyi barədə xəbərdarlıq ediblər.

Yanvarın sonunda Portuqaliyaya güclü külək və intensiv yağışlarla müşayiət olunan “Kristin” qasırğası daxil olub. Nəticədə ölkə üzrə minlərlə sakin elektriksiz qalıb. Təbii fəlakət nəticəsində beş nəfər həlak olub. Respublika hakimiyyətinin qiymətləndirmələrinə görə, əlverişsiz hava şəraitinin vurduğu zərər 4 milyard avronu keçə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti