...

Günəşdə güclü partlayış baş verib

Dünya xəbərləri Materials 12 Fevral 2026 19:43 (UTC +04:00)
Günəşdə güclü partlayış baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fevralın 12-də Günəşdə "M" sinfindən olan alışma qeydə alınıb.

Trend bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat verir.

Bildirilib ki, fevralın 12-də Moskva vaxtı ilə saat 05:40-da (Bakı vaxtı ilə 06:40) 4367-ci ləkələr qrupunda (N11W88) rentgen diapazonunda 21 dəqiqə davam edən M1.4 sinifli alışma qeydə alınıb.

Bundan əvvəl Günəşin 4366 saylı ləkələr qrupunda çoxsaylı alışmalar qeydə alınıb.

Qeyd edək ki, 4366 saylı aktiv sahə yanvar-fevral aylarında Günəşdə M və X sinifli alışmaların sayına görə XXI əsrin rekordunu yeniləyib. Bu cür hadisələrin ümumi sayı 66-ya çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti