Bakı. Trend:
Ukraynada hakim “Xalqın Xidmətçisi” partiyasının onlarla deputatı zəhərlənib.
Trend bu barədə Ukrayna KİV-ə istinadən xəbər verir.
“Strana.ua” parlament üzvlərindən birinə istinadən yazır ki, “Xalqın Xidmətçisi” nümayəndələrinin bəzilərində 40 dərəcəyə yaxın hərarət müşahidə olunur. Bəzilərində isə ishal və qusma halları ortaya çıxıb.
Parlament üzvü həmçinin bildirib ki, digər partiyalarda vəziyyətin necə olduğunu bilmir.
Fevralın 12-də Ukrayna KİV-ləri xəbər yayıb ki, Ali Rada fevralın 24-dək işini dayandırıb, gündəlik üzrə səs verilməyib, çünki kifayət qədər səs toplanmayıb.
Ukrayna deputatı Yaroslav Jeleznyakın məlumatına görə, deputatlar parlamentin yeməkxanasında kütləvi zəhərlənməyə məruz qalıblar.
