...

Rubio Zelenski ilə görüşdə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Dünya xəbərləri Materials 15 Fevral 2026 04:19 (UTC +04:00)
Rubio Zelenski ilə görüşdə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə müdafiə və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə Marko Rubio "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, görüş "Ukraynanın təhlükəsizliyi və müdafiə və iqtisadiyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi" məsələlərinə həsr olunmuşdu.

"Prezident Tramp qan tökülməsinə birdəfəlik son qoyacaq bir həll yolu tapmaq istəyir", - deyə Rubio, Ukraynadakı münaqişənin həllini nəzərdə tutataraq, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti