Bakı. Trend:
2026-cı ilin avqustunda tədarükü nəzərdə tutulan qızıl fyuçerslərinin "Comex" birjasında qiyməti 23 mart 2026-cı ildən bəri ilk dəfə olaraq bir troya unsiyası üçün 4 200 dollar həddindən aşağı düşüb.
Trend-in məlumatına görə, bu barədə ticarət platformasının məlumatlarıda bildirilib.
Moskva vaxtı ilə 05:33-ə olan məlumata görə, qızılın qiyməti 3,79% ucuzlaşaraq bir troya unsiyası üçün 4 198,2 dollar təşkil edib.
05:38-ə olan məlumata görə isə ucuzlaşma tempi zəifləyib və qiymət 3,58% azalaraq bir troya unsiyası üçün 4 207 dollar səviyyəsində olub.