...

İran təbii maye qazın daşınması üçün donanma yaradacaq

Dünya xəbərləri Materials 14 Aprel 2006 13:01 (UTC +04:00)

İranın National Iranian Tanker Company (NITC) şirkəti bu il təbii maye qazın daşınması üçün donanma yaratmağı planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə Reuters agentliyinə dövlət şirkətinin direktoru Şeyedan Səyedhabibolla bildirib. İran Rusiyadan sonra dünyada təbii qaz ehtiyatlarına malik ikinci ölkədir və Rusiya kimi maye təbii qazın ən iri ixracatçısı olmağı planlaşdırır.

Səyedhabibollanın qiymətləndirmələrinə görə, İrana 30-dan çox qaz daşıyan tanker lazım olacaq. NITC-in ölkədə yerli tərsanələrin inkişafına olan marağını nəzərə alaraq, belə bir donanma yaratmaq üçün çox vaxt tələb olunacaq.

Şirkət Cənubi Koreyada fəal surətdə tankerlər inşa edir. Hazırda NITC Hyundai, Samsung və Daewoo tərsanələrində 300 min tondan çox tutumlu 13 tanker də daxil olmaqla 17 gəmi sifariş verib. Gəmilər 2008-2009-cu illərdə hazır olmalıdır. Daha 4 tanker (Suezmax) isə Hyundai Samho tərsanəsində inşa edilir.

Onun sözlərinə görə, təbii maye qazın yüklənməsi üçün İranın birinci terminalı 2009-cüuildə işə başlayacaq. Bu məhsulun daşınması üçün iri və müasir gəmilərin qiyməti təxminən $300 mln təşkil edir və bu donanma İrana $7-8 mlrd-a başa gələcək. Bu barədə TradeWinds xəbər verir.

Xəbər lenti

Xəbər lenti