Aprelin 18-də Moskvada İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli ilə bağlı beynəlxalq danışıqların növbəti raundu keçirilməlidir. Trend in xəbər verdiyi kimi, bununla əlaqədar BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin və Almaniyanın yüksək vəzifəli nümayəndələri Moskvaya gələcək.
Nümayəndələr bu yaxınlarda rəsmi Tehranın uranın sənaye üsulu ilə zənginləşdirilməsinə başlanması ilə bağlı verdiyi bəyanata beynəlxalq ictimaiyyətin necə cavab verəcəyini müəyyən etməlidir. Bu barədə "Finmarket" məlumat verir.