...

İran xarici firmalarla bağladığı 960 mln avro dəyərində müqaviləyə xitam verəcək

Dünya xəbərləri Materials 24 Aprel 2006 16:42 (UTC +04:00)

İran Almaniyanın Linde qaz şirkəti və Cənubi Koreyanın Hyundai şirkətinin iştirakının nəzərdə tutulduğu, 960 mln avro dəyərində Olefins 11 layihəsinə xitam verməyi qərara alıb. Trend in xəbər verdiyi kimi, layihədə neft-kimya kompleksinin tikintisi nəzərdə tutulur. "Biz Olefins 11 üzrə müqaviləyə xitam verməyə və bu layihəni milli podratçıların gücü ilə həyata keçirməyə hazırlaşırıq ki, nəticədə 260 mln avroya qənaət olunacaq", - deyə İranın Neft Nazirliyinin mətbuat xidməti Milli Neft-kimya şirkətinin rəhbəri Asqar İbrahimidən sitat gətirir.

"Şərq" qəzeti isə bildirir ki, layihə Fransanın Technip şirkətinin iştirakı ilə gerçəkləşdiriləcək. Bu barədə "Reyter" xəbər verir.

Xəbər lenti

Xəbər lenti