ABŞ prezidenti İrana qarşı bütün əməliyyat ssenarilərini nəzərdən keçirir. Bu barədə ABŞ dövlət katibi Kondoliza Rays çərşənbə axşamı Afinada bildirib. "Biz problemin diplomatik yolla tənzimlənməsi yolunu üstün tuturuq" - deyə K.Rays qeyd edib.
Trend agentliyinin məlumatına əsasən, İran rəsmilərinin Atom Energetikası üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığa son qoyma mümkünlüyü haqqında bəyanatlarını şərh edən K.Rays deyib ki, İranın təhdidləri həmin ölkənin beynəlxalq təcridini daha da gücləndirir. Bu barədə "Qazeta.ru." RİA "Novosti" agentliyinə istinadən xəbər verir.