Danimarka Gürcüstanı NATO-ya qoşulmaq məsələsində tam dəstəklədiyini bildirib. Bu barədə Gürcüstan daxili işlər naziri Gela Bejuaşvilinin Kopenhagenə səfərinin yekunları üzrə Nazirliyin Mətbuat və Məlumat Departamentindan bildirilib. Səfər zamanı G. Bejuaşvili Danimarka xarici işlər naziri Per Stiq Meller və müdafiə nazirinin birinci müavini Kristian Fişerlə görüşüb.
Gürcüstan naziri Kopenhagendə Gürcüstan-Danimarka əlaqələri, o cümlədən Gürcüstanın Avropa və Avroatlantik inteqrasiyası perspektivləri, Avropa energetika təhlükəsizliyi, eləcə də Abxaz və Osetin münaqişələrinin nizamlanması məsələlərini müzakirə edib. Əsas diqqət Gürcüstanla Danimarka arasında hərbi əməkdaşlığın inkişafı və ikitərəfli iqtisadi əlaqələrin dərinləşdirilməsinə verilib. Tərfələr ikili vergiqoymanın yolverməziliyi, investisiyaların mühafizə və təşviqi, bir sıra iqtisadi layihələrin gerçəkləşdirilməsi haqqında sazişlərin bağlanma vacibliyini vurğulayıb. Bu barədə İA REGNUM xəbər verir.